Kamala Harris prezidentliyə namizəd olmaq üçün yetərincə dəstək qazanıb
Bakı, 23 iyul, AZƏRTAC
ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün kifayət qədər dəstək qazandığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
"Mən partiyamızın namizədi olmaq üçün lazım olan geniş dəstəyi əldə etdiyim üçün qürur duyuram... Namizədliyi tezliklə rəsmi şəkildə qəbul etməyi səbirsizliklə gözləyirəm", - deyə Harris açıqlamasında vurğulayıb. Dəstəyə görə təşəkkür edən vitse-prezident deyib ki, növbəti bir neçə ay ərzində ölkəni gəzərək amerikalılarla həllini gözləyən hər şey haqqında danışacaq, partiyasını, Amerika xalqını birləşdirməyə və Donald Trampı məğlub etməyə nail olacaq.
Qeyd edək ki, iyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]