COP29
Kamerunlu iştirakçı: COP29 indiki geniş iqtisadi potensialı dünyaya təqdim etmək imkanı verəcək
Bakı, 11 noyabr, AZƏRTAC
COP29 indiki geniş iqtisadi potensialı dünyaya təqdim etmək imkanı verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Kamerunun iqlim uyğunlaşmasının idarə edilməsinə dəstək üzrə icraçı koordinatoru Geofrey Mbafoambe Sunday deyib.
Onun sözlərinə görə, COP29 inkişaf etməkdə olan ölkələri dəstəkləmək, eləcə də həmin ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsində mühüm qərarların qəbul ediləcəyi bir tədbir olacaq.
“COP29-da təhlükəsizliklə bağlı müzakirələri yekunlaşdıra biləcəyik və biz təkcə bu müzakirəni yekunlaşdırmağı deyil, həm də resursları səfərbər etmək üçün konkret öhdəliklər götürməyi səbirsizliklə gözləyirik. Biz COP29-da daha çox maliyyə öhdəlikləri görmək istəyirik, çünki sənayeləşmiş ölkələrin emissiyaları azaltmaq, eyni zamanda, həssas icmaların, inkişaf etməkdə olan ölkələrin uyğunlaşma imkanlarını dəstəkləmək üçün resursları səfərbər etmək məsuliyyəti var”, - deyə o qeyd edib.