Kanadada anomal istilər 719 nəfərin həyatına son qoyub
Bakı, 3 iyul, AZƏRTAC
Kanadanın Britaniya Kolumbiyası əyalətində 719 nəfərin ölümünə anomal istilər səbəb ola bilər.
AZƏRTAC CBC telekanalına istinadla xəbər verir ki, bu barədə əyalətin koroneri Layza Lapuant deyib. “Biz Britaniya Kolumbiyasının ötən həftə qarşılaşdığı ekstremal hava şəraitinin ölümlərin artmasına əhəmiyyətli dərəcədə təsir etdiyini düşünürük”, - deyə o bildirib.
Yerli meteorologiya xidmətinin məlumatına görə, çərşənbə axşamı əyalətin Litton şəhərində daha bir tarixi temperatur rekordu qeydə alınıb - 49,6 dərəcə.
Əyalətdə yay nisbətən mülayim keçdiyindən evlərin çoxunda kondisioner quraşdırılmayıb və bu səbəbdən dözülməz vəziyyət yaranıb. İndiyədək Kanadada havanın hərarəti heç vaxt 45 dərəcədən yuxarı qalxmamışdı. Bu temperatur rekordu 84 il əvvəl - 1937-ci ildə qeydə alınmışdı.
Qeyd edək ki, Kanada dünyanın ən qarlı birinci və ən soyuq ikinci ölkəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]