KANADANIN VATERLOO UNİVERSİTETİ AZƏRBAYCANIN MÜVAFİQ UNİVERSİTETLƏRİ İLƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR
Bakı, 29 aprel (AZƏRTAC). Kanadanın nüfuzlu Vaterloo Universitetinin riyaziyyat və kompyuter elmləri fakültəsinin dekanı, professor Tomas Koleman Bakıya gəlmişdir.
Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Vaterloo Universitetinin rəhbərliyi azərbaycanlı tələbələrin bu nüfuzlu elm ocağında təhsil almasına böyük maraq göstərir.
Professorun səfərinin məqsədi də azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almalarına dair Dövlət proqramı ilə tanış olmaq, Vaterloo Universitetinin təkliflərini Azərbaycan tərəfinə təqdim etmək, gənclərimizin bu universitetdə təhsil almağa göndərilməsi imkanlarını araşdırmaq və Azərbaycanın nüfuzlu universitetləri ilə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]