“KAPELLHAUS” YENİ MÖVSÜMÜNƏ BAŞLAYIR
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, yeni mövsümdə burada Almaniya səfirliyinin təşkil etdiyi alman dili məşğələləri ilə yanaşı, iki ölkənin milli bayramları qeyd olunacaq, musiqi gecələri, rəssamların sərgiləri təşkil ediləcək, klassik və caz musiqisi konsertləri, mədəni tədbirlər keçiriləcəkdir. Hər ay muğam konserti, ayda iki dəfə alman dilində film nümayişi nəzərdə tutulmuşdur.
2006-2007-ci illər mövsümünün vokal musiqisindən ibarət ilk konsertində Fəridə Məmmədova, Yuliya Heydərova, Səidə Şərifəliyeva, Regina Rüstəmova və İlahə Sadıxzadə çıxış edəcəklər. Proqramda alman bəstəkarlarının əsərləri səslənəcəkdir.
Xatırladaq ki, sentyabrın 27-də caz musiqisi, 28-də muğam konsertləri keçiriləcək, 30-da “Caspian Moods” adlı sərgi açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]