“Karabakh Vyana” futbol klubu yeni rekord müəyyənləşdirib
Bakı, 16 yanvar, AZƏRTAC
Avstriyada Viener Stadt Ligada mübarizə aparan “Karabakh Vyana” futbol klubu 2016-2017-ci il mövsümünün ilk yarısında tarixi nəticəyə imza atıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, ilk dövrədə keçirilən 15 turdan 10-da qələbə qazanan “Karabakh Vyana” 5 oyunda bərabərlik əldə etməklə yeni rekord müəyyənləşdirib. On beş matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib. Bununla da Avstriyanın 4-cü liqası və Vyana əyalətinin ən yüksək liqası olan Viener Stadt Ligada ən uzun məğlubiyyətsizlik rekordu qeydə alınıb.
Liqanın ikinci yarısına fevralın 26-da start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]