Karate hakimləri və məşqçiləri üçün növbəti seminar keçirilib
Bakı, 30 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında hakimlər və məşqçilər üçün Dünya Karate Federasiyasının (WKF) qaydalarına uyğun növbəti seminar və nəzəri imtahan keçirilib.
AMKF-dən AZƏRTAC-a bildiriblər ki, yerli federasiyanın prezidenti Yaşar Bəşirov seminar iştirakçılarına uğurlar arzulayaraq yarışlarda və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətindən, həmçinin onların bilik səviyyələrinin artırılmasından, nəzərdə tutulan gələcək planlardan danışıb.
Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi və digər beynəlxalq hakimlər Şahin Xudaverdiyev və Anar Allahverdiyevin assistentliyi ilə seminarda WKF-in qaydalarında dəyişiklik və yeniliklər milli dərəcəli hakimlərin diqqətinə çatdırılıb. Seminarın ardından dərəcə imtahanları keçirilib. Respublikanın müxtəlif bölgələrindən olan hakimlər və məşqçilər müvafiq səviyyələrinə uyğun qiymətlər alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]