Karateçimiz Avropa çempionatının gümüş medalını qazanıb
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycanın daha bir karateçisi yeniyetmə və gənclər arasında Avropa çempionatında medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Finlandiyanın Tampere şəhərində keçirilən yarışın ikinci günündə 16-17 yaşlı gənclər arasında kumite yarışlarında Rumil Cəfərli (76 kq) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə Kipr təmsilçisi Louzos Vasiliuya 1:2 hesabla məğlub olub. Bununla da, karateçimiz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, qitə çempionatının birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kq) və Rəşid Süleymanov (63 kq) qızıl medal qazanıblar.
Komandamızın digər üzvü Aysu Əliyeva (47 kq) isə bürünc medala sahib olub.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
- 10.05.2026 [07:00]
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür
- 10.05.2026 [06:34]
Premyer Liqa: "Turan Tovuz" və "Neftçi"nin ev sınağı
- 10.05.2026 [04:28]
Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır
- 10.05.2026 [02:59]
Lionel Messi MLS-in tarixinə düşüb
- 10.05.2026 [00:44]
“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]