KARİKATURAÇILARIN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILMIŞDIR
“Molla Nəsrəddin” jurnalının 100, Azərbaycan ədəbiyyatının və jurnalistikasının qüdrətli nümayəndəsi, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş sərgidə karikaturaçılar cəmiyyətinin 30 üzvünün 120 əsəri nümayiş etdirilir.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov tədbirin açılış mərasimində çıxış edərək, sərginin keçirilməsinin əhəmiyyətindən, “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında Prezident İlham Əliyevin Sərəncamı ilə bağlı həyata keçiriləcək tədbirlərdən, Azərbaycanda ictimai fikrin formalaşmasında, ədəbiyyatımızın və jurnalistikamızın, təsviri sənətimizdə karikatura janrının yaranmasında və inkişafında “Molla Nəsrəddin” jurnalının və Cəlil Məmmədquluzadənin müstəsna xidmətlərindən danışmışlar.
Sərgi fevralın 15-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]