“KARVAN” LİDERLİYİNİ QORUDU
AZƏRTAC xəbər verir ki, fevralın 17-də daha altı oyunla ölkə futbol çempionatının XV turuna yekun vurulmuşdur. Turun mərkəzi görüşü Yevlaxda yerli “Karvan” və “İnter” komandaları arasında keçirilmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 0:0 hesabı ilə başa çatmışdır. Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdır: “Bakı”-“Xəzər-Lənkəran” - 1:1, “MKT-Araz”-“Gəncə” - 3:1, “Olimpik”-“Şahdağ” - 0:0, “Turan”-“Göyəzən” - 1:0, “Gənclərbirliyi”-MOİK - 1:0.
Bir gün əvvəl keçirilmiş “Neftçi”-“Qarabağ” görüşü isə ölkə çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Beləliklə, bu turdan sonra, “Karvan” 32 xalla, əvvəlki kimi, turnir cədvəlinin lideridir. “Neftçi” 30 xalla ikinci, ehtiyatda bir oyunu olan “İnter” isə 29 xalla üçüncü yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]