Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan dinlərarası dialoqun təşviqində oxşar mövqelərə malikdir
Astana, 17 sentyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Tokayev Qazaxıstan və Azərbaycanın dinlərarası dialoqun təşviqi, xalqlar və dövlətlər arasında etimadın möhkəmləndirilməsi sahəsində oxşar mövqelərə malik olduğunu vurğulayıb.
Qazaxıstanın dövlət başçısı dinlərarası anlaşma və qarşılıqlı fəaliyyətin təşviqinə dair ümumi istəyin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [16:54]
AZƏRTAC-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
- 08.05.2026 [16:43]
WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək
- 08.05.2026 [16:20]
Şabranda vətəndaşların müraciətləri dinlənilib
- 08.05.2026 [16:15]