KASPİ RAYONUNDA 3 MİN ADAM HAKİM PARTİYADAN ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 6-da Gürcüstanın Kaspi rayonunda 3 min nəfər hakim Milli Hərəkat Partiyasından çıxaraq, müxalif Respublikaçılar Partiyasına keçdiyini bildirmişdir. Onlar bu addımı partiyanın seçkiqabağı vədlərini yerinə yetirmədiyinə və rayonda sosial vəziyyətin ağırlaşdığına görə atdıqlarını demişlər.
Gürcüstan parlamenti sədrinin müavini, hakim partiyanın üzvü Mixail Maçavariani bunu adi proses adlandırmış və rayonda Milli Hərəkat Partiyasına yeni üzvlər qəbul olunduğunu qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]