Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Evrika liseyinin şagirdləri üçün “Açıq qapı” günü
Bakı, 18 aprel, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Evrika liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, şagirdlər institutun Analitik kimya, Katalizatorların hazırlanması və Nanokompozit katalizatorlar laboratoriyalarında olub, orada aparılan elmi-tədqiqat işləri haqqında onlara məlumat verilib.
Eyni zamanda, laboratoriya əməkdaşları tərəfindən şagirdlər üçün maraqlı təcrübələr təşkil olunub.
Tədbirin məqsədi şagirdlərin kimya elminə marağını artırmaq olub.