Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun inzibati binası yenidən dezinfeksiya olunub
Bakı, 2 iyun, AZƏRTAC
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəaliyyəti bərpa olunduqdan sonra iş və laboratoriya otaqları yenidən dezinfeksiya olunub və işə çıxan əməkdaşlar maska, spirt və digər qoruyucu vasitələrlə təmin olunublar. Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Elmi müəssisənin rəhbərliyinin göstərişi ilə laboratoriya və şöbə rəhbərlərinə tapşırılıb ki, institutun inzibati binasında işçilərin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunması təmin edilməli, işçilər arasında sosial məsafənin saxlanılması və qoruyucu maskalardan istifadə edilməsinə riayət olunmalıdır.
Həmçinin institutun girişinə spirt və digər dezinfeksiyaedici vasitələr də qoyulub.