SİYASƏT
Kaxa Kaladze: Heydər Əliyev regionda reallaşdırılan irimiqyaslı layihələrin əsas təşəbbüskarıdır
![Kaxa Kaladze: Heydər Əliyev regionda reallaşdırılan irimiqyaslı layihələrin əsas təşəbbüskarıdır](/files/2017/3/1200x630/15130873905018418989_1200x630.jpg)
Tbilisi, 12 dekabr, AZƏRTAC
Heydər Əliyev regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Tbilisi şəhərinin meri Kaxa Kaladze bildirib.
O deyib: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu layihələr Gürcüstan ərazisindən keçib. Bu gün Azərbaycanın və Gürcüstanın reallaşdırdığı bu layihələr bizim üçün mühüm əhəmiyyət kəsb edir. Biz bunu unuda bilmərik”.
Mer qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gürcü xalqı üçün çox dəyərli bir şəxsiyyətdir. Bizim ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində, inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi