KCNA: Sanksiyalar Şimali Koreyanın kosmik proqramını dayandırmayacaq
Bakı, 20 dekabr, AZƏRTAC
Əlavə sanksiyalar Şimali Koreyanın kosmik proqramının inkişafını və kəşfiyyat peykinin hazırlanmasını dayandırmayacaq.
AZƏRTAC rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bu barədə Şimali Koreya liderinin Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin şöbə müdirinin müavini vəzifəsini tutan bacısı Kim Ye-Jonqun bəyanatında deyilir.
Kim Ye-Jonqun sözlərinə görə, hərbi peyklərin hazırlanması məsələsi Şimali Koreya xalqının təhlükəsizliyi ilə birbaşa bağlı olan əsas prioritetdir.
Bəyanatda deyilir: “Xalqımız nəyin bahasına olursa olsun, partiyamızın qəbul etdiyi kəşfiyyat peykinin hazırlanması yolunda möhkəm dayanacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]