Keçmiş məhkumun idarə etdiyi avtomobildən bir kiloqrama yaxın heroin aşkarlanıb
Bakı, 24 mart, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Alar kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsirovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobilə baxış zamanı oradan 970 qram heroin və 570 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:21]
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib
- 12.06.2026 [12:54]
İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir
- 12.06.2026 [12:42]