Kəlbəcər rayonunun Zallar kəndi FOTO
Bakı, 16 dekabr, AZƏRTAC
Kəlbəcər rayonunun Zallar kəndi Yanşaq kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Zallar kəndinin görüntülərini təqdim edir.