DÜNYA
KEMBRİC VƏ OKSFORD DÜNYANIN ƏN YAXŞI ALİ MƏKTƏBLƏRİ ÜÇLÜYÜNƏ DAXİL EDİLMİŞDİR
Tədqiqata görə, Britaniyanın bu iki universiteti Massaçusets Texnologiya Universitetini geridə qoyaraq, ötən illə müqayisədə daha bir pillə yuxarı qalxmışdır. Harvard liderliyini qoruyub saxlasa da, onun Kembricdən fərqi ötənilki 13 faizdən 3 faizə enməsidir. Ən yaxşı ali məktəblər onluğuna Britaniyanın daha bir ali məktəbi – Londonun İmperial Kolleci də daxil edilmişdir. Kollec ötənilki 13-cü yerdən 9-cu yerə çıxa bilmişdir. Siyahıda qalan yerləri ABŞ universitetləri tutur.
Tədqiqatın nəticələrinə görə, ən yaxşı 100 ali məktəb sırasına Lomonosov adına Moskva Dövlət Universiteti də daxildir. Lakin MDU ötən illə müqayisədə reytinqdə 79-cu yerdən 93-cü yerə düşmüşdür.
“Ze Tayms hay edyukeyşn sapliment” sorğunu dünyanın 3703 ən yaxşı ali məktəbində keçirmişdir.