KƏND ƏHALİSİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Şəhər icra hakimiyyətinin başçısı Zeynal Nağdəliyev çıxış edərək əhali ilə birbaşa dialoqun icra strukturlarının ən ümdə vəzifəsi olduğunu, belə görüşlərin mövcud problemlərin həllində xüsusi əhəmiyyət kəsb etdiyini bildirmiş, əhali tərəfindən irəli sürülən təkliflərin rayonun iqtisadi, sosial və mədəni həyatına aid proqramların hazırlanmasında nəzərə alınacağını diqqətə çatdırmışdır.
Sakinlər kənd orta məktəbinin əsaslı təmiri, elektrik dirəklərinin dəyişdirilməsi, yolların təmiri, poçt şöbəsinin açılması, yararsız vəziyyətdə olan körpünün təmiri, torpaq islahatı zamanı yol verilmiş nöqsanlar və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirmişlər.
Kənd sakinlərinin təkliflərinə münasibətini bildirən Z.Nağdəliyev onların icrası ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir.