Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

Bakı, 14 may, AZƏRTAC
Kənd təsərrüfatında son illər süni intellektdən istifadə halları artmaqdadır. Süni intellektin sözügedən sektorda tətbiqi düzgün məlumatlar, proqnozlar verə bilir.
AZƏRTAC xəbər verir ki, bu barədə XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri çərçivəsində keçirilən 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Digital Umbrella” MMC-nin şöbə müdiri Leyla Hacıyeva deyib.
Onun sözlərinə görə, əkinçilikdə daha düzgün proqnozlar əldə edə bilmək həm iqtisadi, həm də kənd təsərrüfatının inkişafı baxımından çox perspektivlidir.
“Fermer düşünməlidir ki, bu gün hansı məhsulları əkmək daha uyğundur. Onun torpağı hansı məhsullar üçün daha faydalı ola bilər? Müasir dövrdə düzgün məlumatları əldə etmək üçün süni intellektin köməyindən istifadə etmək çox zəruridir. Əks təqdirdə məlumatları toplayan alətlərimiz olmayacaq. Mən şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, düzgün proqnozları əldə edə bilmək, müasir texnologiyaları effektiv istifadə edə bilmək daha çox lazımdır”, - deyə L.Hacıyeva əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [20:42]
Dənizkənarı Bulvar İdarəsinin mənfəəti 2024-cü ildə 22,8 faiz artıb
- 18.06.2025 [19:53]
Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb
- 18.06.2025 [19:16]
Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb
- 18.06.2025 [19:10]