KƏNGƏRLİ RAYON MƏRKƏZİ XƏSTƏXANASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, rayon mərkəzi xəstəxanasının baş həkimi Elşad Cəfərov və başqaları bildirmişlər ki, muxtar respublikada da səhiyyə inkişaf yolundadır. Hazırda rayonun səhiyyə sistemində ən müasir tibbi avadanlıqla təchiz edilən yeni infrastrukturlar yaradılır. Şahtaxtı kənd həkim ambulatoriyası və Xıncab kənd feldşer-mama məntəqəsi yeni binalara köçürülmüşdür. Böyükdüz kənd həkim ambulatoriyası əsaslı təmir edilmişdir.
Çıxışlarda muxtar respublikada səhiyyənin inkişafına göstərilən yüksək dövlət qayğısına görə ölkəmizin başçısına dərin minnətdarlıq ifadə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni xəstəxananın istifadəyə verilməsi münasibətilə bütün kəngərliləri təbrik etmiş, səhiyyə işçilərinə uğurlar arzulamışdır.
Açılışı bildirən qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yeni xəstəxananın şəraiti ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]