“Keşlə”–“Soçi” oyununu belaruslu hakimlər briqadası idarə edəcək
Bakı, 16 iyul, Nicat Məmmədov, AZƏRTAC
“Keşlə” və Rusiyanın “Soçi” komandaları arasında UEFA Konfrans Liqasının oyunu üçün hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, iyulun 29-da “ASK Arena”da keçiriləcək görüş Belarusdan olan hakimlər briqadasına həvalə olunub. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Viktor Şimusikə Anton Qusev və Sergey Kosovets yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]