Kim Çen In Vyetnamdan KXDR-ə qayıdarkən yolüstü Si Cinpinlə görüşə bilər
Bakı, 1 mart, AZƏRTAC
KXDR lideri Kim Çen In Vyetnamdan ölkəsinə geri dönərkən yolüstü ÇXR sədri Si Cinpinlə görüş keçirə bilər.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, Kim Çen In martın 2-də səhər saatlarında Vyetnamı tərk edəcək və KXDR-ə qayıdarkən Pekində dayanacaq. Şimali Koreya lideri ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələri barədə Çin liderini məlumatlandıracaq.
Fevralın 27-28-də Hanoyda keçirilən ABŞ-KXDR sammiti vaxtından əvvəl başa çatıb. Tərəflər birgə mətbuat konfransından və yekun sənəd imzalamaqdan imtina ediblər. Bununla belə, dialoqu davam etdirmək barədə razılıq əldə olunub.
Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.
ABŞ-KXDR sammiti yekunlaşdıqdan sonra Kim Çen Inın Vyetnama ikigünlük rəsmi səfəri başlayıb. Bu, Şimali Koreya liderinin 1964-cü ildən sonra Hanoya ilk səfəridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]