Kir Starmer: Britaniya Avropa İnsan Hüquqları Konvensiyasından heç vaxt çıxmayacaq
London, 18 iyul, AZƏRTAC
İngiltərənin Oksfordşir bölgəsində yerləşən Blenheim sarayında keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı davam edir.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer açılış çıxışında Britaniyanın Avropa İttifaqı ilə dost və tərəfdaş olacağını, aradakı fərqliliklərlə deyil, paylaşılan dəyərlərə diqqət yetiriləcəyini deyib. Kir Starmer qeyd edib ki, onun hökuməti insanlığa və beynəlxalq hüquqa dərin hörmətlə yanaşır. Baş nazir bildirib ki, bu səbəbdən əvvəlki hökumətin mübahisəli Ruandaya deportasiya planı ləğv edilib.
K. Starmer əlavə edib ki, Uinston Çörçillin baş memarları arasında olduğu Britaniya Avropa İnsan Hüquqları Konvensiyasından (AİHM) heç vaxt çıxmayacaq.
Çıxışlardan sonra liderlər birgə foto çəkdiriblər.
Daha sonra Zirvə toplantısı çərçivəsində liderlər görüşlər, mətbuat konfransı keçirəcəklər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]