Kir Starmer Rişi Sunaka səhvən Baş nazir deyə xitab edib
London, 23 iyul, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya Parlamentinin İcmalar Palatasında çıxışı zamanı sələfi Rişi Sunakı səhvən “Baş nazir” adlandırıb.
AZƏRTAC xəbər verir ki, Kir Starmer səhvini dərhal düzəldib və gülərək köhnə vərdişlərin tərgidilməsinin vaxt apardığını deyib.
Qeyd edək ki, Rişi Sunak 25 oktyabr 2022-ci ildən 5 iyul 2024-cü ilə qədər Britaniyanın Baş naziri vəzifəsini icra edib. Leyboristlər Partiyasından Kir Starmer iyulun 4-də keçirilən seçkilərdə qalib gələrək Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son qoyub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]