KİV: Ermənistan Rusiyaya raket istehsalında istifadə olunan çiplər ixrac edib
Kiyev, 19 aprel, AZƏRTAC
Ermənistan Rusiyaya qanadlı raketlərin istehsalı üçün istifadə olunan çiplər və elektron cihazlar ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzetində dərc olunan məqalədə qeyd olunur.
Məqalədə deyildiyinə görə, ABŞ və Avropa İttifaqının yüksək vəzifəli vergi və ticarət rəsmiləri Ermənistan vasitəsilə Rusiyaya çiplərin və digər elektron komponentlərin satışında artım olduğunu bildiriblər. Bunlar Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi qanadlı raketlər də daxil olmaqla, silah istehsalı üçün kritik hesab edilən səkkiz xüsusi həssas kateqoriyalı çip və digər elektron cihazlarıdır.
ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun möhürü ilə işarələnmiş bir sənəddə deyilir ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Daha sonra isə onların 97 faizini digər ölkələrə satıb. Sənəddə deyilir ki, eyni məhsullar Rusiyaya da ixrac edilib.
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]