KİYEVDƏ BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKU YARIŞLARI KEÇİRİLƏCƏK
Kiyev, 11 avqust (AZƏRTAC). Avqustun 14-16-da Kiyevdə bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcəkdir.
Turnirin iştirakçısı olan 29 ölkənin, o cümlədən Azərbaycanın dövlət bayraqları Kiyevin idman sarayında dalğalanacaqdır.
Dünya Kuboku senyorkalar arasında fərdi və qrup birinciliyində oynanılacaqdır. Ölkəmizi bu yarışlarda Samirə Mustafayeva, Anna Qurbanova və qrup komandası təmsil edəcəklər.
Avqustun 11-də Ukrayna Ailə, Gənclər və İdman Nazirliyinin iclas salonunda yarışlara həsr olunmuş mətbuat-konfransı keçirilmişdir.
Mətbuat konfransında Ukrayna Gimnastika Federasiyasının (UGF) prezidenti, Ukrayna qəhrəmanı Albina Deryugina, UGF prezidentinin müavini İrina Deryugina, mütləq dünya çempionu, ikiqat Olimpiya oyunları mükafatçısı Anna Bessonova və başqaları iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]