KİYEVDƏ UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN MƏCLİSİ KEÇİRİLMİŞDİR
Bakı, 29 iyun (AZƏRTAC). Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresi (UAK) məclisinin iclası keçirilmişdir. Məclis hesabat-seçki yığıncaqları arasında təşkilatın ali qanunvericilik orqanıdır.
İclası UAK-ın sədri İlqar Abbasov açmışdır. Sonra ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev toplaşanları Azərbaycan Silahlı Qüvvələri Günü və Ukrayna Ədliyyə Nazirliyinin UAK-ın yeni rəhbərliyini legitimləşdirməsi münasibətilə təbrik etmişdir. UAK-ın Kiyev şəhər, Donetsk, Nikolayevsk, Jitomir və digər regional təşkilatlarının rəhbərləri Oleq Krapivin, İqbal Mahmudov, Ələddin Məhərrəmov, Saatxan Qasılovun diaspor hərəkatında vəziyyət və perspektiv planlar barədə məruzələri dinlənilmişdir.
Məclisdə UAK-ın nəzarət-təftiş komissiyasının sədri Elşad Sadıqov, UAK-ın mətbuat orqanı - “Azərbaycanın səsi” qəzetinin baş redaktoru Xaqani Hüseynli, Dnepropetrovskun “Azərbaycan-Ukrayna gənclər ittifaqı” ictimai təşkilatının rəhbəri Zəminə Bayramova və başqaları çıxış etmişlər.
Bununla da UAK-ın məclisi işini başa çatdırmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [16:24]
San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş
- 18.05.2026 [10:25]
Diaspor körpüsü: ABŞ-nin Corciya ştatında Azərbaycan icmasının toplantısı
- 06.05.2026 [11:44]
Azərbaycan və Vyetnam mədəni-humanitar əməkdaşlığı genişləndirir
- 24.04.2026 [19:26]