K.KOSAÇEV RUSİYANI GÜRCÜSTANLA MÜNASİBƏTLƏRİ DOST DÖVLƏTLƏ OLDUĞU KİMİ QURMAĞA ÇAĞIRIR
Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev Moskvada mətbuat konfransında bildirmişdir ki, hazırda Gürcüstanda yaranmış vəziyyət Tbilisinin NATO-ya daxil olmaq cəhdləri ilə bağlıdır və Gürcüstan rəhbərliyinin bu xətti aşkardır. Onun sözlərinə görə, Gürcüstan sonradan NATO-ya girmək üçün münaqişə törətməyə çalışır. O vurğulamışdır ki, əgər Rusiya Gürcüstanın Şimali Atlantika İttifaqının üzvü olmamasında maraqlıdırsa, onda bu fitnəkarlığı anlamalı və “onun qırmağına düşməməlidir”. K.Kosaçev demişdir ki, belə emosional vəziyyətlərdə düşünülməmiş hərəkətlərdən çəkinmək lazımdır, Gürcüstan barəsində güc tətbiq olunması istisna edilir. Deputat Gürcüstanda Rusiya zabitlərinin həbs edilməsini həm də bu ölkənin daxili problemləri ilə bağlayır.
Dövlət Duması Beynəlxalq işlər komitəsinin başçısı demişdir ki, Gürcüstanla dost dövlət kimi strateji münasibətlər qurmaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]