Klub rəhbəri: Azərbaycanda karateyə marağı daha da artırmaq istəyirik
Bakı, 20 yanvar, AZƏRTAC
"Azərbaycanda karate idman növünə marağı daha da artırmaq istəyirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Arpaçay" karate klubunun rəhbəri Yavər Hüseynov 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan IX "Arpaçay Open" turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu cür turnirlərin keçirilməsinin idmançılara təcrübə qazanmaq baxımından faydalı olacağını bildirib: "Təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Karate Federasiyasına təşəkkür edirik. Bu turnirdə 50-dən çox klub və 600 idmançı iştirak edir. Digər ölkələrdən də 100-ə yaxın idmançı təşrif buyurub. Çalışacağıq ki, mütəmadi olaraq bu cür yarışlar keçirək".
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Çexiya, Özbəkistan, Qazaxıstan və Oman idmançıları da iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]