KOB-ların maliyyələşdirilməsinə dair “Roseksimbank”la əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 3 iyul, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan “Roseksimbank” ASC-nin rəhbəri Azər Talıbovla görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bu ilin iyun ayında keçirilmiş 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində aparılmış müzakirələrin davamı olaraq KOB-ların maliyyə resurslarına çıxışına və bu sahədə bankla əməkdaşlıq imkanlarına, eləcə də ticarət sahəsində KOB-ların maliyyələşdirilməsinə və bankın təklif etdiyi maliyyə alətlərinə dair fikir mübadiləsi aparılıb.
“Roseksimbank”ın ölkəmizdə maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu da görüşdə diqqətə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]