KOFİ ANNAN İNSAN HÜQUQLARI GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
K.Annan müraciətində İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulundan ötən 57 il ərzində cəza və işgəncələrə, eləcə də qəddar və alçaldıcı rəftara yol verilməsinin qadağan edilməsinə baxmayaraq, bu cür hallara rast gəlinməsindən təəssüfünü bildirir.
Son illər belə bir təhlükəli ənənə yaranmışdır ki, bəzi ölkələr öz milli təhlükəsizlik maraqlarını əsas götürərək, işgəncələrin tətbiqinə qoyulmuş qadağalara məhəl qoymurlar. K.Annan terrora qarşı işgəncə ilə mübarizə aparmağı əsassız hesab edir. İşgəncə özü terror vasitəsidir.
Dövlətləri bir daha bu qadağalara riayət etməyə çağıran Baş katib işgəncələr və digər qəddar, alçaldıcı rəftar və cəza üsulları ilə mübarizə haqqında konvensiyanı və ona əlavə protokolu ratifikasiya etməmiş dövlətləri bu addımı atmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]