KOFİ ANNAN İRAQDA MƏHBUSLARA İŞGƏNCƏLƏR VERİLMƏSİNİ PİSLƏYİR
AZƏRTAC-ın verdiyi xəbərə görə, BMT-nin baş katibi Kofi Annan jurnalistlərə bildrmişdir ki, amerikalıların İraq əsirləri ilə sərt davranışı bu ölkədə siyasi keçid prosesinə “real və ciddi ziyan vurmuşdur”.
Onun sözlərinə görə, BMT İraqda vəziyyətin siyasi yolla nizama salınması üçün səylərini davam etdirmək əzmindədir. Kofi Annan demişdir: “Baş katibin İraq üzrə xüsusi müşaviri Lahdar Brahimi iraqlılarla əlaqə saxlayır və mən ümid edirəm ki, onlar müvəqqəti hökumət yaradılması üçün səylərini birləşdirə biləcək və dustaqxana gözətçilərinin məhbusları işgəncələrə məruz qoyması ilə bağlı qalmaqalın bu səylərə mane olmasına imkan verməyəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]