Azərbaycan Dövlət İnformasiya Agentliyi

Köhnə qitənin miqrant problemi: İtaliya effektiv həll yolu axtarışında

Köhnə qitənin miqrant problemi: İtaliya effektiv həll yolu axtarışında

Roma, 12 fevral, AZƏRTAC

Avropanı çalxalayan miqrant böhranı birmənalı olaraq son illər keçirilən bütün tədbirlərin əsas mövzusuna çevrilib. Hətta ətraf mühit, enerji, turizm və digər mövzular ətrafında müzakirələr aparmaq üçün bir araya gələn Avropa liderləri yekun çıxışlarında miqrasiya probleminə xüsusi yer ayırırlar. Bu, şübhəsiz regionun üzləşdiyi kütləvi miqrasiya axını ilə sıx bağlıdır. Bu axın özü ilə təkcə çarəsiz insanları, ümidlə “ölüm səyahəti”nə çıxan sığınacaq axtaranları və vətənindən didərgin düşmək məcburiyyətində qalan qaçqınları gətirmir, eyni zamanda, Avropa dövlətləri üçün böyük problemlər, çaşqınlıq və fikir ayrılıqları gətirir. Müasir miqrant axını artıq ənənəvi miqrasiya anlayışından çox uzaqdır. Bu gün miqrasiya və təhlükəsizlik anlayışları paralel səslənən məfhumlara çevrilib. Xüsusilə Avropa miqrasiya probleminə artıq regionun təhlükəsizliyinə hədə kimi baxır.

Əslində miqrasiya anlayışına təhlükəsizlik məsələsi kimi yanaşılması 1990-cı illərdən sonrakı dövrə təsadüf edir. Belə ki, qloballaşma prosesi dünyanı dəyişərək cəmiyyətlərin və iqtisadiyyatların yaxınlaşmasına, ideyaların və baxış istiqamətlərinin bütövləşməsinə gətirib çıxarıb. Digər tərəfdən isə bu proses risk təzahür edərək bir sıra regional gərginliklərə və qarşıdurmalara yol açıb. Etnoslar və dinlər arasında gərginliklər, vətəndaş müharibələri və bu kimi digər qarşıdurmalar insanların dramatik yerdəyişməsinə səbəb olur.

Miqrasiya və təhlükəsizlik məfhumlarının vəhdətdə təhlil olunması ilə bağlı nəzəriyyəçilər arasında fikir ayrılıqları var. Belə ki, bəziləri miqrasiya-təhlükəsizlik ikilisinin yaranmış hazırkı mürəkkəb vəziyyətə bəzi ölkələrin cavab reaksiyası olduğunu hesab edirlər. Digər yanaşmada isə bütün təhlükə və qorxuların miqrant, qaçqın, sığınacaq axtaranlar kimi sosial aktorların simasında təcəssüm etməsi fikrinin geniş yayılması əks olunur.

İtaliyalı tədqiqatçı Mikela Ceccorulli Florensiyada keçirilmiş sülh və müharibə problemlərinə dair Forum üçün hazırladığı geniş məruzədə Avropanın 1990-cı ildən sonrakı illərdə miqrasiya, inteqrasiya və bu kontekstdə təhlükəsizliyin təminatı kimi məsələləri təhlil edib. O vurğulayıb ki, 1986-cı ildə qəbul olunmuş vahid Avropa aktı məhz miqrasiya ilə bağlı önəmli bazis idi: məhsulların, insanların, xidmətlərin və kapitalın daxili azad hərəkəti yalnız sərhədlərə nəzarəti gücləndirərək və ciddi təhlükəsizlik tədbirləri həyata keçirərək mümkün idi. 1995-ci ildən etibarən tam icra olunmağa başlanılan Şengen sazişi isə daxili sərhədlərə əlavə nəzarətin aradan qaldırılmasını əks etdirir. Bu iki akt arasındakı ziddiyyətlər 1986-cı ildən 1991-ci ilədək miqrasiya, sığınacaq, sərhədlərə nəzarət və bu kimi məsələlərlə bağlı 20 yeni hökumətlərarası qurumun yaradılmasına səbəb olub.

Son illərin miqrant problemində ən çox sınağa çəkilən ölkələrdən biri şübhəsiz İtaliyadır. Bu ölkə Şengen sazişinə 1998-ci ildə qoşulub və hər zaman hərəkət azadlığı ideyasının ən güclü dəstəkçilərindən olub. Lakin son bir neçə ildə İtaliyaya daxil olan miqrantların və sığınacaq axtaranların sayında müşahidə olunan kəskin artım, bu ölkənin Lampeduza adasına yüzlərlə miqrantın həyatını itirməsi ilə nəticələnən təhlükəli səfərlər İtaliyanın müvafiq problemlə təkbaşına üzləşə bilməyəcəyini göstərdi. Avropa İttifaqı (Aİ) ilə bu ölkə arasında miqrantların qəbulu məsələsinə dair yaranmış fikir ayrılığı da son zamanlar İtaliya ictimaiyyətində ciddi narahatlığa səbəb olub. Avropa liderlərinin İtaliyanın miqrant problemindən ilk olaraq əziyyət çəkən ölkə olduğunu etiraf etmələrinə, sığınacaq axtaranların Avropa ölkələri arasında bərabər paylaşdırılması məsələsinin həllinin vacibliyini vurğulamalarına baxmayaraq, hələ də böhrandan çıxış yolunun tapılmasında ortaq yanaşma formalaşmayıb. Əksinə, Aİ hazırda İtaliyaya miqrantların barmaq izlərinin götürülməsi ilə bağlı təzyiqlər edir, İtaliya isə sığınacaq axtaranların gəldikləri ilk Aİ ölkəsində qalmasını tələb edən Dublin Konvensiyasının müddəalarına yenidən baxılmasını istəyir. Bu ölkənin rəsmi dairələri hesab edirlər ki, əksər miqrantların Aralıq dənizi vasitəsilə İtaliyaya və ya Şimali Afrikadan Yunanıstana keçdiklərini nəzərə aldıqda Dublin qaydaları səmərəsiz olur.

İtaliyanın müvafiq məsələyə daha həssas yanaşması başadüşüləndir: ötən il dəniz vasitəsilə bu ölkəyə 100 min nəfərdən çox sığınacaq axtaran daxil olub. Cari il fevralın əvvəlinədək isə artıq 6029 nəfər qeydə alınıb. İtaliyada mövcud miqrant qəbulu mərkəzləri bu axının qarşısında bir növ aciz qalıb. Belə ki, nəzərdə tutulmuş normadan artıq insanın qəbulu mərkəzlərin işini çətinləşdirib, hətta iflic edib. Bu səbəbdən, İtaliya rəsmiləri Avropanı miqrant probleminin həllində təcili və effektiv çözüm tapmağa çağırır. Müvafiq məsələ ilə bağlı maraqlı fikirlərdən birini İtaliyanın xarici işlər naziri Paolo Centiloni Romada “Miqrasiya və beynəlxalq əlaqələr. İtaliya-Afrika gündəliyi” mövzusunda keçirilmiş seminarda səsləndirib. O, Avropanın Şengen sistemi ilə Dublin qaydaları arasında seçim etməli olduğunu, hazırkı miqrant böhranının bu iki sistemin bir-birinə uyğun olmadığını göstərdiyini bildirib.

Ötən ilin noyabrında Parisdə törədilmiş silsilə terror aktları sanki Avropanı silkələdi. Köhnə qitənin liderləri arasında miqrasiya, terrorizm və təhlükəsizlik məsələlərinə dair fikir ayrılıqları yaranmağa başladı. Bəzi yanaşmalarda miqrant axınının böyük terror təhlükəsi gətirdiyi qeyd olundu, digər tərəfdən isə terrorçuların Avropanın mərkəzində yetişdiyi fikri geniş yayıldı. Bu ziddiyyətlər hətta böyük Avropa dəyəri hesab olunan Şengen sisteminin zədələnməsinə yol açdı. Belə ki, bu yaxınlarda Avstriya hökuməti müvəqqəti olaraq Şengen sazişinin tətbiqini dayandırdığını bəyan edərək müvafiq ziddiyyətin ilkin qığılcımlarını nümayiş etdirmiş oldu. Avstriyanın bu qərarına əks olaraq Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Şengen sisteminin dağılacağı təqdirdə Avropanın həm siyasi, həm də iqtisadi cəhətdən böyük təhlükə ilə üzləşəcəyini bildirib. Fransanın Baş naziri Manuel Vals isə BBC-yə müsahibəsində miqrant böhranının bütünlüklə Aİ ideyasını riskə atdığını deyib. Hərəkət azadlığı ideyasına bu cür münasibət İtaliya rəsmilərinin sərt reaksiyasına səbəb olub. Bu ölkənin Baş naziri Matteo Renzi Şengen sazişinin mövcudluğunun sual altında olmasını məyusedici hal kimi dəyərləndirib və bildirib ki, hərəkət azadlığı hər zaman Avropanın böyük arzusu olub. O, terrorçuların əksər hallarda Avropaya kənardan daxil olmadıqlarını və Köhnə qitənin mərkəzində yetişdiklərini vurğulayıb. İtaliya hökumətinin başçısı Şengen sazişinin tətbiqinin dayandırılmasının heç də terrorizmin qarşısını almayacağını bəyan edib.

Ötən ilin sentyabrında Avropa Komissiyası mövcud miqrant böhranının həlli istiqamətində hazırlanmış ikinci konkret tədbirlər paketini təqdim edib. Bu sənəddə qeyd olunur ki, qısa vaxt ərzində Yunanıstan, Macarıstan və İtaliyadan gələn 120 min qaçqının Aİ-ə üzv ölkələrində bərabər yerləşdirilməsi həyata keçirilməlidir. Qurum, eyni zamanda, “Balkan marşrutu” ölkələrinin müvafiq problemin həllinə daha çox töhfə verməli olduğunu, İtaliyadakı qaçqınlara yardım sahəsində daha çox təşəbbüslərin həyata keçirilməsinin vacibliyini bəyan edib. Müvafiq sənəd əslində İtaliyanın uzun müddətdir Avropa institutlarında irəli sürdüyü məsələləri - miqrant probleminin qitə ölkələrinin ortaq dərdi olmasını, məsələnin həlli üçün vahid siyasətin formalaşdırılmasının, Avropa dəyərlərinin qorunub saxlanılması üçün həmrəylik nümayiş etdirməyin vacibliyini əks etdirmiş oldu.

İtaliya ictimaiyyətində də miqrant məsələsinə münasibət birmənalı deyil. Aparılmış sorğu 60 faizdən çox italiyalının daha çox miqrantın daha çox təhlükə gətirdiyini düşündüklərini ortaya çıxarıb. Onlar hesab edirlər ki, ölkələrinə daxil olanların “iqtisadi miqrant”, sığınacaq axtaran və ya qaçqın olduğunu müəyyənləşdirmək getdikcə çətinləşir. Bu hal, eyni zamanda, ölkənin iqtisadi vəziyyətinə də mənfi təsir göstərir.

Avropa daha öncə heç vaxt olmadığı qədər çətin bir sınaqla qarşı-qarşıyadır. Avropa dəyərlərinin qorunub saxlanılması və vahid miqrasiya siyasətinin tətbiqi məsələsi hazırda Köhnə qitənin gələcəyini müəyyənləşdirəcək iki önəmli amildir. Bu yolda Avropa ölkələrinin problemə “eyni pəncərə”dən baxıb-baxmayacağı hələ uzun müddət sual altında olacaq.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO