Kol Durham: Qütbləşmənin azaldılması istiqamətində fəaliyyətimizi artırmalıyıq
Bakı, 15 mart, AZƏRTAC
Bu gün dünyada islamofobiya öz aktuallığını saxlayır. G20 Dinlərarası Dialoq Forumunun iqtisadi tərəfləri mövcuddur. Lakin son 10 illik tarixə nəzər yetirdikdə görürük ki, G20 fəaliyyətini intensivləşdirib. Bir sıra istiqamətlər var ki, dinlə sıx əlaqəlidir. İslamofobiya müzakirələr aparılıb həll olunmalı məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.
Hazırda qarşıda duran çağırışlardan birinin dini liderlərin bu sahəyə səfərbər edilməsi olduğunu vurğulayan Kol Durham vurğulayıb: “Dini liderlər də çox vaxt təhdidlərlə üzləşirlər. G20 dinlər arasında sülhün bərqərar olmasına diqqət ayırır. Biz qütbləşmiş dünyada yaşayırıq və bundan əziyyət çəkirik. Ona görə də qütbləşmənin azaldılması istiqamətində fəaliyyətimizi artırmalıyıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:46]
Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir
- 08.06.2026 [12:38]
Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
- 08.06.2026 [12:32]