Kolumbiya səfirliyinin hazırladığı bülletendə bu ölkənin ticarət və turizm imkanları barədə məlumat verilir
Bakı, 9 fevral, AZƏRTAC
Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi məlumat bülleteni hazırlanıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bülletendə Kolumbiya hökumətinin sülhü möhkəmləndirmək və iqtisadiyyatı yenidən fəallaşdırmaq istiqamətindəki səyləri, eyni zamanda, ölkənin investisiya, ticarət və turizm imkanları barədə ətraflı məlumat verilir.