Konfrans Liqası: "Araz-Naxçıvan" Yunanıstan klubuna qalib gələrək növbəti mərhələyə adlayıb
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” II təsnifat mərhələsində cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Yunanıstanda “Aris” kollektivinin qonağı olub.
Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Naxçıvan klubunun heyətində 11-ci dəqiqədə Çarls Boli hesabı açıb, 38-ci dəqiqədə isə Felipe Santos penaltidən fərqlənib. “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə alıb. Bir həftə əvvəl evdə keçirdiyi ilk matçda 2:1 hesablı qələbə qazanan təmsilçimiz avrokuboklardakı debüt mövsümündə III təsnifat mərhələsinə yüksəlib.
“Araz-Naxçıvan”ın növbəti raunddakı rəqibi “Omoniya” (Kipr) olacaq. III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə ayın 14-də baş tutacaq. “Araz-Naxçıvan” birinci matçını evdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]