Konfrans Liqası: “Qarabağ” topa ən çox nəzarət edən komandalardan biridir
Bakı, 2 oktyabr, AZƏRTAC
UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub edən “Qarabağ” bir neçə nominasiyada ön pillələrdə qərarlaşıb.
Ağdam təmsilçisi topa ən çox nəzarət edən komandalardan biridir. “Qarabağ” 60,5 faiz göstərici ilə İngiltərənin “Tottenhem” komandası ilə birlikdə 2-3-cü yerləri bölüşür.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv dəqiq ötürmələrdə isə 83,5 faizlə 6-cı sıradadır. “Qarabağ” iki görüş ərzində rəqib qapılarında 35 dəfə qol epizodu yaradıb və bu göstəricidə isə 3-cüdür.
Qeyd edək ki, “Qarabağ” ilk turda Bakıda İsveçrənin “Bazel” komandası ilə qolsuz heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]