Konfrans Liqası: “Qarabağ”ın cavab oyununun da hakimləri açıqlanıb
Bakı, 31 iyul, AZƏRTAC
“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) klubuna qarşı keçirəcəyi cavab oyununa da hakim təyinatları açıqlanıb.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək.
VAR hakimi Piter Benks, onun köməkçisi isə Ceyms Bell olacaq.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə avqustun 6-da Polşanın Lublin şəhərində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]