KONFUTSİ NƏSLİNİN BİR MİLYONDAN ÇOX NÜMAYƏNDƏSİ VAR
O demişdir ki, bu, Konfutsi geneologiyasının artıq beşinci “əsaslı” tərtibidir. Birinci dəfə düzəlişlər Min sülaləsi (1368-1644-cü illər) dövrünə edilmişdir. Sonra belə düzəlişlər hər 60 ildən bir olunmuşdur. Cari düzəlişlər isə hər 30 ildən bir keçirilir.
Ötən dörd siyahıyaalmanın yekunlarına əsasən, Konfutsi nəslinin nümayəndələrinin sayı 500 min nəfər idi. Bu dəfə tərtib edilən yeni nəsil səcərəsinə onun nəslinin əlavə 1 milyondan çox nümayəndəsi daxil ediləcəkdir. Lakin təxmini hesablamalara görə, əslində, onların sayı 3 milyon nəfəri ötmüşdür. Məsələn, Çinin qitə hissəsində böyük mütəfəkkirin nəslinin 2,5 milyon nümayəndəsi, daha 500 min nəfərdən çoxu isə, əsasən, Koreya, ABŞ, Malayziya və Sinqapurda yaşayır.
2009-cu ildə çapdan çıxacaq yeni nəsil səcərəsinə Çin tarixində ilk dəfə təxminən 200 min qadın adları salınacaqdır. Tərtibçilər Assosiasiyasından bildirmişlər ki, islahatdan məqsəd dünyada hamı tərəfindən qəbul olunmuş kişi və qadın hüquqlarının bərabərliyi prinsipinə əməl etməkdir.
Konfutsiçilik Çinin mənəvi mədəniyyətinə, siyasi həyatına və ictimai quruluşuna təsir göstərmiş etik-siyasi təlimdir. Onun “humanizm” və “etimad” kimi anlayışlarının müasir Çin cəmiyyətində çox möhkəm və geniş əsasları var. Konfutsi ideyalarının müasir əhəmiyyətini aşkara çıxararaq insanla təbiət, fərdlə cəmiyyət arasında münasibətləri yoluna qoymaq və harmonik cəmiyyət qurmaq üçün onları əxz etmək lazımdır.
Hazırda konfutsiçilik dünyada getdikcə daha geniş yayılır və dünya tarixi və mədəniyyəti xəzinəsindəki Şərq mədəniyyətinin mühüm rəmzlərdən birinə cevrilir.