Konqo rəsmisi: COP tədbirlərinin təşkilatçılığı baxımından budəfəki tədbirin zirvədə olduğunu düşünürəm
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycanı xoş münasibətə və yüksək qonaqpərvərliyə görə təbrik edirəm. COP29-da təşkilatçılıq yüksək səviyyədədir. Hər şey düşünülüb, otel, nəqliyyat, qida və s. COP tədbirlərinin təşkilatçılığı baxımından budəfəki tədbirin zirvədə olduğunu düşünürəm.
Bunu AZƏRTAC-a açıqlamasında Konqo Respublikasının Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Departamentinin baş direktoru Joseph Moumbouilou deyib.
O, iqlim problemlərindən danışarkən meşələri qorumağın vacibliyini vurğulayıb: "Bu işə töhfə vermək üçün sənaye müəssisələri ilə müzakirələr aparılmalıdır. Çünki atmosfer əsasən sənaye müəssisələri tərəfindən çirkləndirilir. Bu baxımdan, meşələrin salınması və qorunması kimi bütün layihələrə dəstək vermək vacibdir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:05]
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO
- 24.06.2026 [04:44]