Konqoda mədənin çökməsi nəticəsində ölənlərin sayı 100-ü keçib
Qahirə, 17 noyabr, AZƏRTAC
Konqo Demokratik Respublikasının cənubunda qiymətli metal mədənində çökmə nəticəsində 100-dən çox insan ölüb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Lualaba regionunda yerləşən mədənin yaxınlığında su xəndəyinin üzərindəki körpü çöküb.
Qalın torpaq qatının altında qalmış insanların axtarışları davam edir. Qurbanların sayının artacağı gözlənilir.
Konqoda Kolovizi regionunda Qaçqınlarla iş Forumunun sədri Bekos Kilihoşi bildirib ki, dağıntı altından çıxarılanların əksəriyyəti daxili köçkünlərdir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]