DÜNYA
Konservləşdirilmiş tuna balığının tərkibində civə var
Bakı, 29 oktyabr, AZƏRTAC
Konservləşdirilmiş tuna balığının tərkibində əhəmiyyətli miqdarda civə var.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 29-da “Bloom” və “Foodwatch” qeyri-hökumət təşkilatları bildirib. Onlar kütləvi pərakəndə satıcılardan və dövlət qurumlarından “icazə verilən limitlərin endirilməsi də daxil olmaqla, fövqəladə tədbirlər görməyi” xahiş ediblər.
“Bloom” qeyri-hökumət təşkilatı Avropanın beş ölkəsində (Fransa, Almaniya, İngiltərə, İspaniya və İtaliya) təsadüfi yolla 148 qutu seçərək müstəqil laboratoriyada yoxlayıb. “Konservlərin 100 faizi civə ilə çirklənib”, - deyə “Bloom”un araşdırmasında deyilir.
Təhlilə görə, hər iki qutudan birində civə miqdarı digər balıq növləri üçün müəyyən edilmiş maksimum həddən, yəni 0,3 mq/kq-dan artıq olub. Hazırda Avropada qüvvədə olan tuna balıqlarında civənin maksimum səviyyələri civənin insan sağlamlığı üçün yaratdığı riskdən çox, tuna balığının müşahidə edilən çirklənmə dərəcəsinə əsasən müəyyən edilib.
Beləliklə, onlar konservləşdirilmiş hazır məhsuldan daha çox “çiy çəki” üçün 1 mq/kq olaraq təyin edilib. Bu səbəbdən ən çox çirklənmiş növlərdən biri olan tuna balığının maksimum civə dözümlülüyü ən az çirklənmiş növlərdən üç dəfə yüksəkdir.
“Bloom” və “Foodwatch”ın açıqlamasına görə, heç bir tibbi səbəb bu fərqi əsaslandırmır: civə tuna balığı ilə qəbul edilərsə, heç də az zəhərli deyil”.
“Foodwatch” istehlakçıların hüquqlarının müdafiəsi kampaniyasının direktoru Kamil Dorioz dövlət qurumlarını qaydaları sərtləşdirməyə və distribütorları yalnız ən qoruyucu məhsul satılmasını təcili olaraq təmin etməyə çağırıb.