SİYASƏT
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Bakı, 18 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci, Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü, 407.2-ci və 412.7-ci maddələrinin şərh edilməsinə dair Quba Rayon Məhkəməsinin iki müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb.
Müraciətlərə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 17-nə və 21-nə təyin edilmiş iclaslarında baxılacaq.