KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Palatanın iclasında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən vətəndaş F.Əliyevanın şikayətinə baxılaraq, Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Şikayətə Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il martın 14-nə təyin olunmuş iclasında mahiyyəti üzrə baxılacaqdır.