KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ NÖVBƏTİ İCLASLARI KEÇİRİLMİŞDİR
İclaslardan birində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci və 73-cü maddələrinin müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə uyğunluğunun müəyyən edilməsinə, habelə Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinin, Mülki Məcəllənin 157.9-cu maddəsinin müəyyən müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu baxılmaq üçün Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Palatanın digər iclasında isə Güllü Abdul qızı Mustafayevanın və İslam Rza oğlu Əliyevin şikayətləri Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir.
Sorğuya və şikayətlərə mahiyyətləri üzrə baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclasları müvafiq olaraq iyunun 1-nə, 9-na və 10-na təyin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]