KÖPƏKBALIQLARI YENİ MİNİLLİKDƏ ADAMLARA GETDİKCƏ AZ HÜCUM EDİRLƏR
Müqayisə üçün demək lazımdır ki, 2000-ci ildə rekord nəticə - 78 həmlə qeydə alınmışdır. Tədqiqat müəllifləri hesab edirlər ki, buna, bir tərəfdən, köpəkbalıqlarının populyasiyasının azalması, digər tərəfdən, adamların sayıqlığının artması səbəb olmuşdur. Köpəkbalıqları, əsasən, serfinqlə məşğul olanlara, üzgüçülərə, akvalanqçılara hücum edirlər.
Lakin bununla belə, digər heyvanlardan fərqli olaraq, köpəkbalıqları bəşəriyyətə daha az ziyan vururlar. Universitetin 1990-cı illərin əvvəllərindən başlanan və təhlilə əsaslanan hesablamalarına görə, ABŞ-da hər il köpəkbalıqlarının hücumu nəticəsində 0,4 ölüm hadisəsi qeydə alındığı halda, vəhşi pişiklər 0,6, ilanlar 15, itlər 18, marallar isə 180 nəfərin ölümünə (maralların qurbanları onlarla toqquşma nəticəsində qəzaya uğrayan avtomobil sürücüləridir) səbəb olurlar.
Köpəkbalıqlarının hücumundan qorunmaq üçün təkbaşına, gecə və axşam saatlarında, bədənində təzə yara izləri olduqda, balıqların ovlandığı yerdə çimmək, zinət əşyaları taxmaq məsləhət görülmür. Köpəkbalığının hücumundan xilas olmağın yeganə üsulu özünü son dərəcə döyüşkən aparmaqdır.