KOREYA GƏNCLƏRİNİN AZƏRBAYCANA SƏFƏRİ BAŞLAYIR
Bakı, 13 avqust (AZƏRTAC). Avqustun 13-dən 22-dək koreyalı gənclərdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olacaqlar.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, azərbaycanlı və koreyalı gənclər sıx əlaqələr qurur, dost ölkələrin tarix və adət-ənənələrini daha yaxından tanımağa çalışırlar. Əməkdaşlıq çərçivəsində artıq ikinci ildir ki, iki ölkə arasında gənclər mübadiləsi həyata keçirilir.
Səfər müddətində qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Xaçmaz, Quba rayonlarında səfərdə olacaq, bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında, ali məktəblərdə görüşlər keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]