Korsika dilinin qadağan edilməsi Fransanın təcavüzünün başqa bir göstəricisidir
Bakı, 15 mart, AZƏRTAC
Korsika dilinin qadağan edilməsi Fransanın təcavüzünün başqa bir bariz göstəricisidir. Bu qərar təkcə korsikalılar arasında deyil, həm də beynəlxalq hüquqa hörmət edən Avropa ictimaiyyəti arasında haqlı etirazlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, bunu “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində QHT-lərin təşəbbüsü ilə keçirilən “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” adlı ictimai müzakirə zamanı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev deyib.
O əlavə edib ki, Fransanın Şimali Afrika və ərəb ölkələrində tarixən törətdiyi cinayətləri yadına salmaq lazımdır. Fransa tarixi müstəmləkəçilik rejimindən ayrılmaq istəmir. Bu ölkə beynəlxalq hüquqi normalara əməl etməli, mənəvi dəyərlərə hörmətlə yanaşmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]